Nepalın paytaxtı Katmandunun məşhur Krallar Yolu küçəsindəki restoranlarda ofisiantların əvəzinə robotlar xidmətə başlayıb.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, “Yeməyin texnologiya ilə birləşdiyi yer” şüarı ilə bu addımı atan restoran sahibləri müştərilərin göstərdiyi böyük maraqdan məmnun olduqlarını bildiriblər.
Restoranda masaların üzərindəki elektron menyudan sifarişlər birbaşa mətbəxə yönləndirilir. Mətbəxin qarşısında gözləyən robotlar isə sifarişlər aldıqdan sonra müştəriyə çatdırırlar.
Robotlar müştərilərlə təməl səviyyədə ünsiyyət də qura bilirlər.
Son xəbərlər
Son Xəbərlər