Bu ölkədə peyvənd olunmayanlar cərimələnəcəklər

bu-olkede-peyvend-olunmayanlar-cerimelenecekler
Oxunma sayı: 2058

Avstriyada vaksinasiyadan imtinaya görə 7200 min avro cərimə və həbs cəzası nəzərdə tutulur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Die Presse” hakimiyyət orqanları tərəfindən hazırlanan müvafiq qanun layihəsinə əsasən məlumat yayıb. 

Qəzetin yazdığına görə, məcburi peyvənd bəzi hallar istisna olmaqla, Avstriyada yaşayan hər kəsə şamil ediləcək. Rəsmi peyvənd çağırışına məhəl qoymayanları 3600 avrodan 7200 avroya qədər cərimə və ya dörd ay həbs cəzası gözləyir.

Qeyd olunur ki, bu cür tədbirlər ölkədə 2022-ci ilin fevralından tətbiq olunacaq. Yalnız həyatı və sağlamlığı üçün təhlükəsi olanlar, o cümlədən hamilə qadınlar və 12 yaşınadək uşaqlar məcburi peyvənddən azad ediləcəklər.

Daha əvvəl Avstriya kansleri Aleksandr Şallenberq bildirib ki, çətin epidemioloji vəziyyət fonunda 2022-ci ilin fevralından ölkədə bütün vətəndaşlar üçün COVID-19-a qarşı məcburi peyvənd tətbiq ediləcək.