Küveytdə pullar azı dörd həftə karantində saxlanılacaq. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.
Bu, onların vasitəsi ilə koronavirusun ötürülməsinin qarşısını almaq məqsədi ilə icra olunacaq.
Bundan əlavə, qeyd olunur ki, Küveytin Mərkəzi Bankı həm bank əməkdaşlarının, həm də əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə əskinasların saxlanılma yerini, hesablama, çeşidləmə və qəbul qurğularını daim sterilizə edir.
Son xəbərlər
Son Xəbərlər