Bu ölkədə quş qripi epidemiyası qeydə alındı - 39 min quş məhv edildi

bu-olkede-qus-qripi-epidemiyasi-qeyde-alindi
Oxunma sayı: 1774

Macarıstanın Kapoşvar şəhərindəki quşçuluq fermasında quş qripi (H5N1) epidemiyası qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Qida Zənciri Təhlükəsizliyi İdarəsi (NFCSO) məlumat yayıb.

Bildirilib ki, müəssisədəki 39 min quş məhv edilib. Eyni zamanda, müəssisənin ətrafında 3 km radiusda mühafizə zonası, 10 km radiusda müşahidə zolağı yaradılıb.