Rusiyada milli və şəbəkədaxili rominq xidməti qanunla ləğv edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiyanın Baş naziri Dmitri Medvedyev qərar imzalayıb. Belə ki, bundan sonra Rusiya vətəndaşları ölkənin müxtəlif şəhərlərinə səfər zamanı daxil olan zənglərə görə xidməthaqqı ödəməyəcək.
Rusiyanın “MTS”, “Meqafon”, “Vımpelkom” və “Tele 2” kimi aparıcı mobil operatorları “RİA Novosti”yə açıqlamalarında bildiriblər ki, ölkədaxili rominq xidməti ödənişsiz olacaq.
Son xəbərlər
Son Xəbərlər