Bu ölkədə sabah çempionat start götürür

bu-olkede-sabah-cempionat-start-goturur
Oxunma sayı: 1417

Koronavirus pandemiyasına görə dünyanın əksər ölkələrində milli çempionatlara məcburi fasilə verilsə də, Cənubi Koreyada sabah yeni mövsümə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, uzaq şərq ölkəsində K Liqanın yeni mövsümünə əslində fevralın 29-da start verilməli idi. Lakin məhz koronavirus pandemiyasına görə mövsümün startı təxirə salınmışdı. Sabah isə Cənubi Koreyada yeni mövsümün açılış oyunu - “Jeonbuk” - “Suwon Bluewings” matçı baş tutacaq. Azarkeşsiz keçiriləcək oyun K Liqanın sosial şəbəkə hesablarından canlı yayımlanacaq. İlk turun qalan oyunları isə mayın 9-10-da keçiriləcək.
 
Futbol dünyasının da diqqəti tədricən Cənubi Koreyaya yönəlməkdədi. Belə ki, K Liqanın yayım hüququ artıq 10 ölkəyə satılıb. Federasiyadan verilən açıqlamaya görə, hazırda Almaniya, Fransa və ABŞ telekanalları da yayım hüququnu almaq üçün onlarla danışıqları davam etdirirlər.