“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeni qayda ictimai yerlərdə siqaret çəkənlərə aid edilib.
Məktəb və xəstəxanaların yaxınlığında siqaret çəkənlər, siqarət çəkənlərə şərait yaradan məkanlar cərimələnəcək.
Vətəndaşlara 32, müsəssisələrə isə 1600 dollar cərimə tətbiq ediləcək.
Bu qaydanın pozulmaması üçün xeyli sayda səlahiyyətli şəxslər işə cəlb olunub.
Qeyd edək ki, Çin bir neçə ildir siqaret əleyhinə kütləvi aksiyalara start verib. Ölkədə siqaret çəkənlərin sayı 300 milyonu keçir, 1 milyon insan isə bu səbəbdən dünyasını dəyişir.
Son xəbərlər
Son Xəbərlər