Cənubi Koreyada son 3 ildə ölənlərin sayı doğulanların sayından çox olub.
“Qafqazinfo” xəbər verir ki, Cənubi Koreya Statistika İnstitutunun 2022-ci il üçün paylaşdığı məlumatlara görə, ötən il ölkədə 249 min körpə doğulub ki, bu da 2021-ci ildə doğulan körpələrin sayından 4,4 faiz azdır.
Bir qadına düşən doğum səviyyəsi 1970-ci ildən bəri ən aşağı səviyyə olan 0,78-ə düşüb.
Qeyd olunur ki, əhalisi qocalma riski ilə üzləşən Cənubi Koreyada doğumun azalmasına səbəb gənclərin yaşayış bahalığına görə evlənmək və uşaq sahibi olmaq istəməməsi, işsizliyin artması və təhsil xərclərinin yüksək olması ola bilər.
Bildirilir ki, artan yaşlı əhali və COVID-19 epidemiyası Cənubi Koreyada ölüm hallarını artırıb.
2021-ci ildə Cənubi Koreya “dünyada doğum səviyyəsinin ən aşağı olduğu ölkə” olaraq qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər