Bu ölkədə terrorçular bir kənddən 160 nəfəri öldürdülər

bu-olkede-terrorcular-bir-kendden-160-neferi-oldurduler
Oxunma sayı: 2219

Burkina-Fasonun şimalındakı kəndlərdən birinə terror hücumu zamanı 160 nəfər öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sahel bölgəsindəki Yaqqa kəndində baş verib.

Ağır yaralıların olmasına görə ölü sayının artacağı istisna edilmir.

Ölkədə üç günlük matəm elan olunub.