Bu ölkədə tibbi maskadan istifadə yenidən məcburi oldu

Bu ölkədə tibbi maskadan istifadə yenidən məcburi oldu
Oxunma sayı: 3678

Kolumbiyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19-a yoluxanların sayının artmasını nəzərə alaraq maska taxmağı məcburi qayda kimi yenidən tətbiq etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Kolumbiyanın səhiyyə naziri Karolina Korço açıq və qapalı yerlərdə iki yaşdan yuxarı olanlar üçün maska taxmağın məcburi olduğunu bildirib. Kolumbiyada indiyədək tibb mərkəzlərində maskadan istifadə olunurdu.

Səhiyyə Nazirliyinin məlumatına görə, Kolumbiyada ötən həftə 2112 nəfər COVID-19-a yoluxub, halbuki noyabrın əvvəlində bu göstərici həftəlik 600-700 olub.