Bu ölkədə üç milyondan çox uşaq koronavirusa yoluxub

bu-olkede-uc-milyondan-cox-usaq-koronavirusa-yoluxub
Oxunma sayı: 2010

ABŞ-da koronavirus aşkarlanandan indiyədək üç milyondan çox uşaq pandemiyaya yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerika Pediatriya Akademiyasının açıqlamasında deyilir.

Bildirilib ki, ABŞ-da pandemiya uşaqlar arasında yayılmaqda davam edir:

“Keçən həftə aparılan koronavirus testlərində 99 min uşağın nəticəsi müsbət çıxıb. Son iki həftədə uşaq yoluxmalarında 8 faiz artım qeydə alınıb. Uşaq yoluxmaları ümumi yoluxmaların 13 faizini təşkil edir”.

Qeyd edilib ki, virusa yoluxan uşaqların xəstəxanaya yerləşdirilmə faizi 1,2-2,9 arasındadır.