Bu ölkədə vaksinsiz müəllimlər işləyə bilməyəcək və maaş almayacaqlar

bu-olkede-vaksinsiz-muellimler-isleye-bilmeyecek-ve-maas-almayacaqlar
Oxunma sayı: 2009

İsraildə koronavirusa qarşı vaksin vurdurmayan və ya test etdirməyən müəllimlər məktəblərə buraxılmayacaq, eləcə də, onlara maaş verilməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın üçündən etibarən bütün təhsil müəssisələrində “yaşıl keçid” tətbiqinin icrasına başlanılmalıdır.

Bu çərçivədə, müəllimlərdən vaksin vurdurduqları, yoluxub sağaldıqları, ya da yaxın keçmişdə verdikləri testin mənfi olduğunu təsdiq edən sənəd istəniləcək.

Sözügedən meyarlara cavab verməyən müəllimlər məktəblərə buraxılmayacaq. “Yaşıl keçid” hüququ olmayan müəllimlər səbəbsiz yerə işləməmiş sayılaraq, onlara maaş ödənməyəcək.

Eləcə də, bu müəllimlər distant dərs keçə bilməyəcəklər.