Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi “Ebola” virusu ilə bağlı 1 yanvar - 17 fevral tarixlərini əhatə edən hesabat açıqlayıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 7 həftə ərzində 4716 nəfərdə virus aşkarlanıb və 112-si ölüb.
Virus daha çox Yuxarı Katanqa, Haut Lomami, Tanqanika və Cənubi Kivu əyalətlərində yayılıb.
Qeyd edək ki, “Ebola” virusu bu ölkədə 2017-ci ildə 1190, 2018-ci ildə 900 nəfərin ölümünə səbəb olub. 1994-cü ildən bu vaxta qədər isə 58 min nəfər bu virusun qurbanı olub.
Son xəbərlər
Son Xəbərlər