Meksikada Popokatepetl vulkanında baş verən partlayışlar Meksikanın Puebla əyalətinin 22 şəhərində məktəblərin bağlanmasına səbəb olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Puebla əyalətinin qubernatoru Salomon Cespedes açıqlama verib.
O, Popocatepetl vulkanı yaxınlığındakı şəhərlərdə davamlı kül yağması səbəbiylə ikinci bir elana qədər bölgədə təhsilin virtual mühitdə davam etdirilməsinə qərar verildiyini bildirib.
Qeyd edək ki, bir ildən artıqdır, fəaliyyətini artıran Popocatepetl vulkanında ilin əvvəlindən bu yana 476 püskürmə olub.

Son xəbərlər
Son Xəbərlər