Bu ölkədə yaşı 22-dən aşağı olanlar avtobusa pul ödəməyəcək

bu-olkede-yasi-22-den-asagi-olanlar-avtobusa-pul-odemeyecek
Oxunma sayı: 3660

Şotlandiyada yaşı 22-dən aşağı olan sakinlər avtobuslarda pulsuz gediş hüququ əldə ediblər. 

“Qafqazinfo” xarici KİV-ə istinadlna bağlı xəbər verir ki, bununla bağlı qərar ötən gün qüvvəyə minib.

Məlumata görə, yeni qayda təxminən 930.000 nəfəri əhatə edir.

Gediş haqqının bir qismi nəqliyyat şirkətlərinə Şotlandiya hökuməti tərəfindən ödəniləcək. Hökumət bu şirkətlərə yaşı 5-dən 15-ə qədər olan hər sərnişin üçün biletin qiymətinin 43,6 faizini və 16-21 yaşlarında olan hər sərnişin üçün biletin qiymətinin 81,2 faizini ödəyəcək.