Bu ölkədə yoluxanlar karantində qalmayacaq

bu-olkede-yoluxanlar-karantinde-qalmayacaq
Oxunma sayı: 4756

Böyük Britaniyada koronavirusa görə tətbiq olunan özünü təcrid qanunları növbəti həftədən ləğv ediləcək.

“Qafqazinfo” xəbər verir ki, sabahdan etibarən Krallıqda COVID-19-a görə tətbiq olunan məhdudiyyətlərin bəziləri qaldırılacaq.

Baş nazir Boris Consonun “COVID-19 ilə yaşamaq strategiyası”na əsasən, virusa yoluxanlar artıq karantində qalmayacaqlar.

Daha əvvəl məhdudiyyətlərin martın 24-də qaldırılacağı açıqlansa da, Baş nazir fevralın sonuna qədər məhdudiyyətləri ləğv etməyə qərar verib.

Fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq.