Bu ölkədə zəlzələ səngimir

bu-olkede-zelzele-sengimir
Oxunma sayı: 1487

Papua-Yeni Qvineya sahillərində növbəti zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 6,2 bal gücündə olub. 

Yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə olub. 

Ölənlər və dağıntılarla bağl məlumat yoxdur. Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib. 

Qeyd edək ki, ölkədə son bir neçə ayda 7.5, 7, 6.7, 6.4 bal gücündə zəlzələlər qeydə alınıb.