Bu ölkədən idxala məhdudiyyət qoyuldu

bu-olkeden-idxala-mehdudiyyet-qoyuldu
Oxunma sayı: 1547

Liviya Dövlətinin Əl Cifara, Zəviyyə, Benqazi və Əl Məric inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Liviya Dövlətinin Əl Cifara, Zəviyyə, Benqazi və Əl Məric inzibati ərazi vahidlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın  idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Liviya Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.