Bu ölkələr “Avroviziya”nın açılışına qatıla bilmədi

bu-olkeler-avroviziyanin-acilisina-qatila-bilmedi
Oxunma sayı: 2181

Dünən Rotterdamda baş tutan “Avroviziya” mahnı müsabiqəsinin açılış mərasiminə Polşa ilə yanaşı, daha 3 ölkənin təmsilçisi qatıla bilməyib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, islandiyalı nümayəndə heyətinin üzvlərindən birinin koronavirus testi pozitiv nəticə verdiyindən o, karantinə alınıb. İslandiya musiqiçiləri ilə eyni oteldə qalan Malta və Rumıniyanın nümayəndə heyəti də PCR testindən keçməli olublar. Belə olan halda, müsabiqənin qaydalarına əsasən, hər 3 ölkənin təmsilçisi özünütəcrid rejiminə alındığından açılış mərasiminə qatıla bilməyib.

Xatırladaq ki, bundan əvvəl polşalı nümayəndə üzvündə “COVID-19” aşkarlandığından Polşa təmsilçisi rəsmi açılış mərasiminə qatıla bilməyib.