Bu ölkələr Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etdi

bu-olkeler-finlandiya-ve-isvecin-nato-ya-uzvluyunu-ratifikasiya-etdi
Oxunma sayı: 1577

Danimarka, Norveç və Kanada Finlandiya və İsveçin NATO-ya üzv qəbul edilməsinə dair protokolları ratifikasiya edib.

“Qafqazinfo” “Gordon.ua”ya istinadən xəbər verir ki, İsveçin xarici işlər naziri Ann Linde öz tviter hesabında sözügedən ölkələrə öz minnətdarlığını bildirib. 

Xatırladaq ki, iyulun 5-i NATO-ya üzv ölkələrin səfirləri Finlandiya və İsveçin alyansa üzvlüyünə dair protokolları imzalayıb. Protokollar daha sonradan ratifikasiya olunması üçün bütün NATO ölkələrinə yönləndirilib.