Bu ölkələr İrandan kompensasiya tələb edir

bu-olkeler-irandan-kompensasiya-teleb-edir
Oxunma sayı: 1765

Kanada, Böyük Britaniya, İsveç, Əfqanıstan və Ukrayna “Boeing” təyyarəsinin vurulmasına görə İrandan kompensasiya tələb ediblər.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər naziri Fransua-Flipp Şampan həmin ölkələrin nümayəndələrindən ibarət qrupun Londonda keçirilən görüşünün yekunları barədə danışarkən bildirib.

“İran kompensasiya ödəməlidir”, - deyə o bəyan edib.

Qeyd edək ki, beş ölkə qəza qurbanlarının qohumlarına təhqiqatın gedişində qəzanın səbəbləri barədə toplanan bütün informasiyanı çatdırmaq və onlara lazımi kömək göstərmək məqsədilə xüsusi qrup yaradıb.