Bu ölkələr vətəndaşlarını Sudandan çıxarır

bu-olkeler-vetendaslarini-sudandan-cixarir
Oxunma sayı: 2055

Bir çox ölkələr diplomat və vətəndaşlarını Sudanın paytaxtı Xartumdan təxliyə edəcəklər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, həmin ölkələrin sırasına Böyük Britaniya, Çin, ABŞ və Fransa daxildir.

Qeyd edək ki, aprelin 15-də Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.