Efiopiyanın “Ethiopian Airlines” aviaşirkəti 158 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra “Boeing 737 Max 8” tipi təyyarələrlə uçuşu dayandırıb.
“Qafqazinfo”nun “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu qərar əlavə təhlükəsizlik tədbirləri qismində qəbul edilib.
Şirkətdən bildirilib ki, “Boeing”in qəzaya düşmə səbəbi hələ ki, məlum deyil.
***
Böyük Britaniyanın iri aviaşirkəti və Çin hökuməti də qəzanın səbəbləri müəyyənləşdirilib ictimaiyyətə açıqlanana qədər “Boeing” təyyarələri ilə uçuşu müvəqqəti dayandırıb.
***
NDTV xəbər verir ki, 8 ədəd “Boeing” tipli təyyarəsi olan İndoneziya da bu təyyarələrlə uçuşu müvəqqəti dayandırıb.
Son xəbərlər
Son Xəbərlər