Bu ölkələrdə yeni ştama yoluxma qeydə alınıb

bu-olkelerde-yeni-stama-yoluxma-qeyde-alinib
Oxunma sayı: 1839

Koronavirusun yeni “Omicron” ştamı bir sıra Avropa ölkələri də daxil olmaqla, dünyada yayılmağa başlayıb.

“Qafqazinfo” Avropa mediasına istinadən xəbər verir ki, bu gün Şotlandiyada bu ştama 6 yoluxma halı qeydə alınıb. Ümumilikdə Böyük Britaniya ərazisində “Omicron” ştamına yoluxanların sayı isə 9-a çatıb.

Portuqaliyanın səhiyyə qurumları da öz növbəsində ölkədə yeni ştama 13 yoluxma faktının aşkar olunduğunu elan ediblər. Bu ölkədə sözügedən ştama yoluxanların hamısı “Belenenseş” futbol klubunun oyunçuları və personalıdır.

İsveçrə rəhbərliyi isə ölkədə bu ştamla ilk yoluxma faktının olduğunu güman edirlər. Ölkənin tibbi qurumları bu yaxınlarda Cənubi Afrika Respublikasından qayıdan bir şəxsin analizlərini yoxlayırlar.

Fransada da hazırda “Omicron” ilə yoluxduğu ehtimal edilən 8 nəfərin məlumatları yoxlanılır.  Bununla yanaşı, Niderlandda 13, Avstriyada isə 1 nəfərdə bu ştam ilə yoluxma aşkar olunub. 

Həmçinin, İtaliya, Almaniya, Belçika, İsrail və Kanada da “Omicron” ilə yoluxanlar qeydə alınıb.

Həmçinin oxuyun: Yeni ştamın simptomları nədir?