Bu ölkələrdəki azərbaycanlılarda da virus aşkarlanıb

bu-olkelerdeki-azerbaycanlilarda-da-virus-askarlanib
Oxunma sayı: 3048

“Xaricdə olan Azərbaycan vətəndaşlarından virusa yoluxanlar var”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. 

O bildirib ki, virusa yoluxanlar arasında Avropa ölkələrində olan diaspor fəalları da var: “Onlardan vəziyyəti ağır olanlar yoxdur. Virusa yoluxan vətəndaşların da vəziyyəti yaxşıdır. Fransa, Almaniya, İsveç, Finlandiya, Gürcüstan və Ukraynada yaşayan Azərbaycan vətəndaşlarında virus aşkarlanıb”.  

Prezidentin köməkçisi Hikmət Hacıyev əlavə edib ki, xaricdə olan və virusa yoluxan Azərbaycan vətəndaşları ilə diplomatik nümayəndəliklərin əməkdaşları daimi ünsiyyətdə olur, onların səhhəti və ehtiyacları ilə maraqlanırlar. Xarici ölkələrdə olan nümayəndəliklərə gücləndirilmiş iş rejimində çalışmaq göstərişi verilib.

Murad Əhməd