Bu ölkələrin səfirləri Rusiya XİN-ə çağırıldı - Yenilənib

bu-olkelerin-sefirleri-rusiya-xin-e-cagirildi
Oxunma sayı: 2705

Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb. 

Məlumata görə, nazirlikdə səfirə Rusiyanın bir neçə fransalı diplomatı ölkədən çıxaracağı ilə bağlı məlumat verilib. 

Qeyd edək ki, daha əvvəl “Kommersant” nəşri yazıb ki, Pyer Leviyə 40 fransalı diplomatın ölkədən çıxarılacağı barədə məlumat veriləcək. Bildirilir ki, bu, Fransanın analoji addımına cavabdır.

***

İtaliyanın Moskvadakı səfiri Corco Staraçe də Rusiya XİN-ə çağırılıb. Qeyd olunub ki, səfirə rusiyalı diplomatların İtaliyadan çıxarılmasına Moskvanın cavabı bildiriləcək. 

***

Rusiya XİN-in yaydığı məlumata görə, Rusiya Fransanın ölkədəki diplomatik qurumlarının 34 əməkdaşını “arzuolunmaz şəxs” elan edib. Bununla yanaşı, Rusiya 24 italiyalı diplomatı da ölkədən çıxaracaq. 

***

İspaniyanın Moskvadakı səfiri Markos Qomes Martines də Rusiya XİN-ə çağırılıb. Nazirlikdə səfirə bildirilib ki, Rusiya İtaliya diplomatik nümayəndəliyinin 27 əməkdaşını ölkədən çıxarır. Sözügedən italiyalı diplomatlar 7 gün ərzində Rusiyanı tərk etməlidir. 

Bildirilib ki, bu barədə qərar İtaliya tərəfindən 27 rusiyalı diplomatın “arzuolunmaz şəxs” elan olunmasına cavab olaraq verilib.