Bu sözləri SİA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə ötən il ölkəmizin xarici siyasətində əldə olunan uğurlardan danışarkən deyib. Onun sözlərinə görə, keçmiş SSRİ ölkələri ilə müqayisədə Azərbaycan öz xarici siyasətində iqtisadi imkanlarına, mövqeyi və dünya baxışına arxalanaraq müstəqil siyasət həyata keçirir.
Millət vəkili vurğulayıb ki, ölkəmiz öz xarici siyasətində hər zaman tərəfdaşlıq prinsipinə də arxalanır: “Ölkəmiz öz xarici siyasətində həm qonşu, həm də yüksək strategiyaya malik olan ölkələrlə tərəfdaşlıq, qarşılıqlı maraq əsasında siyasət yürüdür. Azərbaycanın xarici siyasəti eyni zamanda ölkəmizin digər ölkələrlə başqa sahələr üzrə əməkdaşlığına da səbəb olub. Belə ki, Azərbaycan yürütdüyü xarici siyasət nəticəsində həmin ölkələrlə mədəniyyətlərarası dialoq, iqtisadi, ticari əlaqələrini də genişləndirib. Bu ölkəmizin əsas strategiyasını təşkil edir. Bunu bir növ “İpək Yolu” strategiyası da adlandırmaq olar”.
Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünü layiqincə başa vurduğunu deyən A. Mollazadənin fikrincə, Azərbaycanın BMT-Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması, həmçinin bir sıra ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir: “Azərbaycanın xarici siyasətinin bir hisssəsini iqtisadi maraqlar da təşkil edir. Azərbaycan Gürcüstan, Türkiyə ilə birgə Tanap, Tap layihəsi həyata keçirir. Bu, ölkəmiz üçün önəmlidir. Belə ki, sözügedən layihələrlə Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rola malik olacaq. Bu, iqtisadiyyatla siyasətin vəhdətidir. Bütün bunlar ölkəmizin uğurlu xarici siyasətindən xəbər verir”.
Son xəbərlər
Son Xəbərlər