Estoniyanı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək ifaçı bəlli olub.
“Qafqazinfo” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, o, erməni Stefandır (Stefan Ayrapetyan). Təmsilçi “Avroviziya” səhnəsində “Hope” (Ümid) mahnısı ilə çıxış edəcək.
Qeyd edək ki, Stefan Estoniyanın cənubunda erməni ailəsində doğulub. Məktəbli ikən bir neçə vokal müsabiqəsinin qalibi olub. Stefan, həmçinin “The Masked Singer” layihəsinin Estoniya versiyasının ilk mövsümünün qalibi olub.
“Avroviziya-2022” 10-14 may tarixlərində İtaliyanın Turin şəhərində keçiriləcək. Azərbaycan müsabiqədə iştirakını təsdiqləyib. Təmsilçimiz və müsabiqə mahnımız yaxın zamanda elan olunacaq.
Son xəbərlər
Son Xəbərlər