Xorvatiyanın “Eurovision-2016” mahnı müsabiqəsindəki təmsilçisi müəyyənləşib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Xorvatiyanın İctimai Radio və Televiziya Şirkəti xəbər verib.
Nina Kraljic builki “Eurovision” mahnı müsabiqəsində Xorvatiyanı təmsil etmək hüququ qazanıb.
O, daxili səsvermə yolu ilə seçilib.
Ninanın oxuyacağı mahnının təqdimatı martın 9-da olacaq.
Qeyd edək ki, Nina Kraljic "Səs Xorvatiya" müsabiqəsinin qalibi olub.
Son xəbərlər
Son Xəbərlər