Bu ölkənin Moskvadakı səfirliyinə içərisində barıt olan məktublar göndərildi

bu-olkenin-moskvadaki-sefirliyine-icerisinde-barit-olan-mektublar-gonderildi
Oxunma sayı: 1377

Finlandiyanın Moskvadakı səfirliyinə içərisində barıt olan üç məktub göndərilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, səfirlik məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Finlandiyanın aprelin 4-də rəsmi olaraq NATO-ya qoşularaq ABŞ-nin rəhbərlik etdiyi hərbi alyansın 31-ci üzvü olmasından sonra Moskva ilə Helsinki arasında münasibətlərin kəskin şəkildə pisləşdiyi bildirilir.

Qeyd edək ki, Finlandiya Rusiya quru sərhədini bölüşür.