“Pullar qanuni alınmayıbsa, qaytarılsın”

pullar-qanuni-alinmayibsa-qaytarilsin
Oxunma sayı: 3327

“Pandemiya vaxtı Lənkəran rayonundan mənə zənglər gəldi. Məlum oldu ki, vergi orqanları inkasasiya edərək şirkətlərin pulunu silib büdcəyə keçiriblər”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Rüfət Quliyev büdcənin icrasıyla bağlı layihənin müzakirəsində deyib.

O bu məsələ ilə maraqlandığını qeyd edib: “Bildirim ki, belə bir problem Sumqayıtda da olub. Bilirsiniz, bunlar 10-15 min manat puldur. Həmin şirkətlər isə kiçik müəssisələr olduğu üçün bu, onlar üçün böyük məbləğdir. Mən xahiş edirəm ki, bu məsələ araşdırılsın. Pullar müəssisələrdən qanuni alınmayıbsa onların vəsaitinin qaytarılması məsələsi tezləşdirilsin”.

Günel Türksoy