Bu Prezident Davosa səfərini ləğv etdi

bu-prezident-davosa-seferini-legv-etdi
Oxunma sayı: 3552

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Davosda keçirilən Dünya İqtisadi Forumuna səfərini ləğv edib.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ölkədəki enerji böhranının olmasıdır.

Xatırladaq ki, CAR-da elektrik enerjisi təchizatı ilə bağlı problemlər bir neçə aydır davam edir.

Qeyd edək ki, forum “Parçalanmış dünyada əməkdaşlıq” şüarı ilə yanvarın 20-də yekunlaşacaq.