“Bu problemlər Londonda da olacaqdı”

bu-problemler-londonda-da-olacaqdi
Oxunma sayı: 1586

Bakıda UEFA İcraiyyə Komitəsinin (İK) iclası işə başlayıb.

Qafqazinfo”nun xəbərinə görə, iclasa qatılan Ukrayna Futbol Fedrasiyasının prezidenti Andrey Pavelko ilk olaraq Bakı ilə bağlı təəssüratını bölüşüb: “Bakı gözəl şəhərdir. İnsanları xeyirxah və qonaqpərvərdir. İnanıram ki, şəhər final oyununu izləməyə gələn azarkeşlərdə xoş emosiya yaradacaq”.

Pavelko oyunların keçirilməsi üçün məsafə baxımından Bakının əlverişsiz olduğundan narazılıqlara da münasibət bildirib. Onun sözlərinə görə, Madriddə də problem var və oyunların keçiriləcəyi hər hansı şəhərdə bənzər narazılıq ola bilərdi: “Düşünürəm ki, otel, məsafə problemi Londonda da olacaqdı. Bu, həqiqətən də futbol bayramıdır və dünyanın hər yerindən qonaqlar toplaşır. Təbii ki, yarışı keçirən şəhər ifrastruktur baxımından pik həddə yüklənir, xırda problemlər yaranır. Ona görə də, belə məqamda demək olmaz ki, dünyanın hansısa şəhəri bu cür nüfuzlu futbol matçını problemsiz ötüşdürəcəkdi”.

Elsevər