“Fiskal və vergi tənzimlənməsi yaşıl iqtisadiyyata keçidi təmin edən alətdir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri səlahiyyətlərini icra edən Mikayılov Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda bildirib.
“Bizim istəyimizdən asılı olmayaraq, bir sıra dövlətlər, həmçinin ticarət tərəfdaşımız olan ölkələr artıq öz qanunlarını qəbul ediblər. Bizdə istehsal olunan məhsul bu dövlətlərə göndəriləndə həmin məhsulun karbon izi hesablanaraq əlavə vergilər, kvotalar, məhdudiyyətlər tətbiq edilir. Bu proses getdikcə genişlənib ölkələri əhatə edəcək. Arzum budur ki, ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarının heç olmasa birini bərpa olunan yaşıl enerji ilə qidalandıra bilək”, - deyə M. Cabbarov vurğulayıb.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər