Bu gün Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AAYDA və BNA birgə məlumat yayıb. Bildirilib ki, prospektin “Çermet körpüsü“dən “20 Yanvar dairəsi”nədək olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq mayın 4-də axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan körpü və tunellərdə tətbiq ediləcək. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin olunacaq. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq ediləcək (Prospekt bağlı olmayacaq).
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
Son xəbərlər
Son Xəbərlər