Bu prospektdə rənglənmə var

bu-prospektde-renglenme-var
Oxunma sayı: 715

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi  məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam  etdirilir.

“Qafqazinfo” xəbər verir ki, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri ilə əlaqədar olaraq bu axşam saat 22:00 - dan etibarən Xətai prospektində avtonəqliyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən mədudlaşdırılacaq. İşlər səhər saatlarınadək yekunlaşdırılacaq.
 
"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.