“Bu pul nə adamlarda, nə də İcra Hakimiyyətində var”

bu-pul-ne-adamlarda-ne-de-icra-hakimiyyetinde-var
Oxunma sayı: 2818

Deputat Rauf Əliyev qəzalı evlərə rəy verilməsi üçün Fövqəladə Hallar Nazirliyinə köçürülməli olan pulun aidiyyatı qurumlar tərəfindən nəzərə alınmasını təklif edib. 

“Qafqazinfo”nun məlumatına görə, deputat qeyd edib ki, Xəzər rayonunda 1000-ə yaxın, Pirallahıda isə 5000-ə yaxın qəzalı ev var: “Qəzalı evlərlə bağlı siyahıya düşmək üçün Fövqəladə Hallar Nazirliyi rəy verməlidir. Nazirliyin əməkdaşlarının gəlib rəy verməsi üçün onlara pul köçürülməlidir. 

Bu pul isə nə adamlarda, nə də İcra Hakimiyyətində var. Seçicilər də bizə siyahıya düşüb-düşməmələri ilə bağlı müraciət edirlər. Biz də bilmirik ki, onlar siyahıda var, ya yox. Ona görə də xahiş edirik ki, aidiyyatı orqanlar bu pulun köçürülməsini təmin etsinlər”. 

Günel Türksoy