Bu qanun layihəsinin adı dəyişdirildi - İşçi Qrup yaradıldı

bu-qanun-layihesinin-adi-deyisdirildi-
Oxunma sayı: 1729

“İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsinin adı Milli Məclisdə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən millət vəkili Asim Mollazadə bildirib ki, qanunun adında ilk sözü artıqdır: “Biz burada dünya təcrübəsinə əsaslanmalıyıq. Azərbaycan iqtisadiyyatının inkişafı üçün bu qanunun qəbul edilməsi zəruridir. Düşünrəm ki, burada orta məktəblərdə də peşə ixtisası əldə etmək imkanları nəzərdə tutulmalıdır. Qanunun adı “ Peşə təhsili haqqında” olsa daha yaxşı olar. Eyni zamanda İşçi Qrupunun tərkinbinə İqtisadiyyat Nazirliyindən də əməkdaşlar daxil edilməlidir”.

Peşə ixtisası üzrə Dövlət Agentliyinin rəhbəri Famil Mustafayev də Asim Mollazədənin təklifinə dəstək verib. O qeyd edib ki, prezidentin peşə ixtisası ilə bağlı hazırlanan strateji xəritədə də bu məsələ peşə ixtisası ilə bağlıdır: “Biz peşə təhsilinə tamamilə yeni baxışla baxmalıyıq. Bu məsələ sosial və iqtisadi yük daşıyır. Cəmiyyətə işsizliklə bağlı olan sosial gərginliyin aradan qaldırılmasına xidmət edir. Ona görə də daha çox Cənubi Koreya, Sinqapur, Almaniya, İsveç, Finlandiya kimi ölkələrin təcrübəsini öyrənməliyik. “İlk” sözünü çıxarmaq lazımdır. Çünki 40-45 yaşında adam peşə ixtisasına yiyələnməyə maraqlı olmayacaq”.

Müzakirələrdən sonra qanun layihəsinin adında dəyişiklik edilib. Qanun layihəsi “Peşə təhsili haqqında” qanun layihəsi adlandırılıb və İşçi Qrup yaradılıb.

Günel Türksoy