Bu qatarların hərəkət qrafiki dəyişir

bu-qatarlarin-hereket-qrafiki-deyisir
Oxunma sayı: 2037

İyunun 25-də Bakı metropoliteninin Bənövşəyi xəttində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoloteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, xətt üzrə qatarların əksəriyyətinin “Xocəsən” elektrik deposundan dönməsi zəruriyyəti yarandığından, “8 Noyabr-Avtovağzal” və “8 Noyabr-Xocəsən” marşrutları üzrə gün ərzində 10 dəqiqəlik hərəkət intervalı tətbiq ediləcək.

Qeyd edək ki, buna qədər sərnişin axını nəzərə alınmaqla, “8 Noyabr-Avtovağzal” sahəsində qatarların hərəkəti 8 dəqiqəlik intervalla tənzimlənirdi.

Yay mövsümündə hərəkət qrafikinə edilən dəyişikliklərin əsas məqsədi yeni tədris mövsümünə qədər xətdə tətbiq edilən yeniliklərin və qatarların hərəkətini tənzimləyən sistemlərin optimal saz vəziyyətdə olmasını təmin etməkdir.

Bildirilib ki, qatarların hərəkət intervalı yeni tədris mövsümü ərəfəsində bərpa ediləcək.