“Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir” - Füzulidə nə inşa ediləcək?

bu-qazaxistanin-azerbaycana-hediyyesidir
Oxunma sayı: 4281

Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaradılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu təşəbbüslə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə bu təşəbbüsə görə həmkarına təşəkkürünü bildirib: “Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi - biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda”.