“Bu qədər küçəni eyni anda qardan təmizləmək mümkün deyil” - Eldar Əzizov + Video

bu-qeder-kuceni-eyni-anda-qardan-temizlemek-mumkun-deyil
Oxunma sayı: 2775

“Ayın 24-də səhərə yaxın tam həcmdə olmasa da, küçələrin böyük bir hissəsi təmizlənərək istifadəyə verilmişdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, 12 saat dayanmadan qar yağdığını nəzərə almaq lazımdır:

“Küçəni təmizləyirdilər, 1-2 saatdan sonra həmin küçəyə yenidən qayıtmalı olurdular. Biz öz zəif yerlərimizi də gördük. Ancaq hesab edirəm ki, kommunal xidmət öz vəzifəsinin öhdəsindən gəldi.

Bakıda beş minə qədər küçə mövcuddur. Bu beş min küçəni eyni anda qardan təmizləmək mümkün deyil. Bu proses qrafik əsasında həyata keçirildi”.