Azərbaycan Premyer Liqasının 31-ci turunda evdə "Zirə"ylə qolsuz bərabarə qalan "Neftçi"nin baş məşqçisi Vəli Qasımov oyunla bağlı fikirlərini bildirib.
“Qafqazinfo” xəbər verir ki, Qasımov oyunla bağlı bunları deyib:
- "Zirə" komandası birinci ildi çempionatda oynasa da, sabit oyun sərgiləyir. Məncə, tutduğu yerə layiqdi. Bu komandaya qarşı 4-cü oyunumuzda çox istəyirdik ki, qalib gələk, ancaq alınmadı.
- Komandada nə çatmır?
- Çox şey çatışmır. Bir az da bəxtimiz gətirmir. Bizim qapıya iki hücum olur və qol vururlar. Bizdə isə 10 hücum olur, qol vura bilmirik. Komandada inam azalıb. 7-ci pillədə gedən komanda ancaq qələbə barədə düşünür. Buna görə də, futbolçular meydanda tələsir. Bunun da nəticəsində qalib gələ bilmirik.
- Futbolçuları oyuna motivasiya edə bilmirsiz?
- Bu, komanda oyunudu. Biz həmişə "Qarabağ"ı tərifləyirik. Ancaq fikirləşmirik ki, bu komanda artıq 7 ildi bir yerdədi. Vaxt lazımdı.
- AZAL-da baş məşqçi 600 manat alan oyunçunu motivasiya edir, siz necə edə bilmirsiz?
- Düzünə qalsa, mən hansısa legionerin bu qədər maaş aldığına inanmıram. Bir də ki, hər şey pulda deyil. Əlimdən gələn kimi futbolçularla söhbət aparıram. Ancaq dediyim kimi, futbolçular meydanda tələsirlər.
- Düşünmürsüz ki, əsas problem baş məşqçidə yox, rəhbərlikdədi? İstefa versəniz, klubda qalacaqsız?
- Bir aydı işləyirəm, nəticə istəyirsiz. İndi Ançelottini, Mourinyonu da gətirsəz, nəticə olmayacaq. Rəhbərlik çox iş görür. Mənim işim komandayladı. Ancaq rəhbərliyin işini görmək istəyirsizsə, bazaya gəlin, tanış olun.
Son xəbərlər
Son Xəbərlər