“Bu, qələbə yolunda mühüm addımdır” - Zelenski

bu-qelebe-yolunda-muhum-addimdir
Oxunma sayı: 3972

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-li həmkarı Cozef Baydenə göstərdiyi tank dəstəyi ilə bağlı təşəkkür edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bununla bağlı sosial media hesabında bildirib.

"ABŞ Prezidenti Co Baydenə Ukraynaya tankları vermək üçün göstərdiyi güclü iradəyə görə təşəkkür edirəm.  Biz ABŞ xalqına dəstəyinə görə minnətdarıq. Bu, qələbə yolunda mühüm addımdır. Azad dünya Ukraynanı müstəqil etməyə hazırdır. Biz hər zamankından daha çox birləşmişik”, - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, ABŞ Ukraynaya 31 M1 Abrams tankı göndərəcəyini açıqlayıb.