“Bu qələbədən sonra çempion olacağımızı düşünmək axmaqlıqdır”

bu-qelebeden-sonra-cempion-olacagimizi-dusunmek-axmaqliqdir
Oxunma sayı: 2148

Argentina millisinin baş məşqçisi Lionel Skaloni qrup mərhələsinin 3-cü turunda Polşanı məğlub etdikləri matçdan sonra açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o, bu qalibiyyətdən sonra komandanın çempion olacağını düşünməyin axmaqlıq olduğunu bildirib:

“Yaxşı oyun oynadıq və eyni məcrada davam etməliyik. "Polşa əks-hücumlarda yaxşı oynayan komandadır, amma buna imkan vermədik. Biz çempionatın favoriti deyilik, sadəcə titul uğrunda mübarizə aparacaq komandayıq. Bu gün qalib gəlməklə çempion olacağımızı düşünmək axmaqlıqdır”.