“Bu qərarın necə olduğunu bilmirəm” - Rəşad Sadıqov

bu-qerarin-nece-oldugunu-bilmirem
Oxunma sayı: 2441

“Sarı vərəqəyə görə hakim VAR-a çağırıldı. Bu qərarın necə olduğunu bilmirəm”. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib. 

Gənc mütəxəssis “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyunda baş hakim Rəşad Əhmədovun zirəlilərin yeni transferi Donald Geryeyə qırmızı vərəqə göstərdiyi epizoddan danışıb: 

“Hakim ofsayd qərarı verdi. Ümumiyyətlə, hakim ofsayda görə də, sarı vərəqəyə görə də VAR-a baxmır. Amma Rəşad Əhmədov gəldi, baxdı, Donalda ikinci sarı vərəqəni verdi. VAR-la bağlı o qədər yeni qərarlar var ki… Mənim əsas etirazım olan epizod Hamdauinin yerdə qaldığı epizod idi. Orda rəqib müdafiəçi birbaşa ayağa oynamışdı, amma davam qərarı oldu”.