“Bu, Qərbin rusofobiya kursunun kulminasiya nöqtəsi oldu”

bu-qerbin-rusofobiya-kursunun-kulminasiya-noqtesi-oldu
Oxunma sayı: 1661

“Vaşinqton və Brüssel tərəfindən Ukrayna hakimiyyətinə qeyd-şərtsiz dəstək göstərilməsi Qərbin rusofobiya kursunun kulminasiya nöqtəsi oldu”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Rəqəmsal Beynəlxalq Münasibətlər 2022” adlı konfransda deyib.

“Bu rusofobiya kursunun kulminasiya nöqtəsi Vaşinqton və Brüssel tərəfindən radikal millətçi Kiyev rejiminə qeyd-şərtsiz dəstək verməsi, Ukraynada ifrat sağçıların yetişdirilməsi, Ukraynadan “antiRusiya”nın yaradılması oldu”, - deyə Lavrov söyləyib.