“Qafqazinfo”ya daxil olan məlumata görə, aprelin 25-də Füzuli rayonunun Qayıdış-10 və Qayıdış-11 qəsəbələrinə ilk dəfə olaraq təbii qazla təmin olunub.
Bu münasibətlə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və qəsəbə sakinləri iştirak ediblər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər