Bu qəsəbələrə qazın verilməsində fasilə yarandı

bu-qesebelere-qazin-verilmesinde-fasile-yarandi
Oxunma sayı: 1325

Martın 29-da saat 15:50 radələrində "Qaz İxrac" İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.

“Azəriqaz”dan “Qafqazinfo”ya verilən məlumata görə, qəza halı ilə əlaqədar olaraq Suraxanı rayonu Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb. 

Günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir.