"Qafqazinfo" qurumun saytına istinadən xəbər verir ki, Beyləqan şəhərini içməli su ilə təmin edən anbardan Yeni Xocavənd qəsəbəsinə magistral su xətti çəkilib, 5,4 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılaraq 232 ünvana birləşmə verilib.
Bundan başqa, qəsəbədə kanalizasiya sistemləri də yaradılıb, bu məqsədlə 6200 metr kanalizasiya şəbəkəsi və kollektoru inşa edilib.
Layihənin icrası nəticəsində qəsəbədə 1200 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşıb.
Son xəbərlər
Son Xəbərlər