Bu qəsəbəyə köçənlərə 2000 avro veriləcək

bu-qesebeye-kocenlere-2000-avro-verilecek
Oxunma sayı: 734

İtaliyada əhali azlığı yaşayan bir qəsəbənin "kabus qəsəbəyə" çevrilməsinin qarşısını almaq üçün burda məskunlaşacaq insanlara 2000 avro ödənməsi nəzərdə tutulub.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, söhbət ölkənin yerləşən Liguria ərazisindəki Bormidada qəsəbəsindən gedir.

Əhalisi 400 nəfərdən az olan Bormidanın tamamilə tərk edilmiş bir qəsəbəyə çevrilməsinin qarşısını almaq üçün bələdiyyə sədri bir təqdimat proqamı hazırlayıb.

Sədr Daniele Galliano buraya köçəcək insanlara ev satın almaları və kirayə etmələri üçün 2000 avro ödəməyi planlaşdırdıqlarını söyləyib.

Bormidada bələdiyyələrə məxsus evlərin də çox aşağı qiymətlərlə kirayə verilməsi nəzərdə tutulub. Ev satın almaq istəyənlərə aşağı qiymətlərlə yanaşı vergi güzəştləri də təklif olunur.

Bu təqdimat proqramı bələdiyyə məclisi tərəfindən təsdiqlənməsə də bələdiyyə sədri Galliano-nun “Facebook”dakı hesabına artıq tələblər gəlməyə başlayıb.

Galliano-ya yalnız İtaliyadan deyil, Hindistan, Kanada və ABŞ kimi bir çox ölkədən ismarış gəlib.